a5a407b6-53b8-4b5b-a3f1-ea6ff6c0fbf0..jpg

Trampdan maraqlı açıqlama: “Elə bildilər, Rusiyaya qaçıb qızıl günbəzli otağı Vladimirlə bölüşəcəyəm” – FOTO

Baxış sayı: 574 dəfə baxılıb.

Trampdan maraqlı açıqlama: “Elə bildilər, Rusiyaya qaçıb qızıl günbəzli otağı
Vladimirlə bölüşəcəyəm” – FOTO

ABŞ-nin keçmiş prezidenti Donald Tramp maraqlı açıqlama verib.

Trampın sözlərinə görə, seçkiyə müdaxilə iddiası ilə bağlı ona 200 min dollar
girov təyin edən Atlantanın Fulton dairəsinin prokuroru Feni Uillis onun
Rusiyaya qaça biləcəyindən ehtiyat edib. Bu barədə Tramp “Truth Social” sosial
şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Məncə, ona elə gəlib ki, mən çox-çox uzaqlara, bəlkə də, Rusiyaya uçub
gedəcəyəm və qızıl günbəzin altındakı otağı Vladimirlə bölüşəcəyəm. Və məni bir
daha heç kim görməyəcək və eşitməyəcək”, – deyə o zarafat edib.

Lakin söhbətin hansı Vladimirdən getdiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, Donald Tramp Corciyada seçkilərə müdaxilə ilə bağlı təhqiqat
çərçivəsində 200 min dollar girov müqabilində sərbəst buraxılacaq.

Mənbə: Lenta.ru

Source link