ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp hazırkı
administrasiyanın hərəkətləri səbəbindən yaxın 3-4 ay ərzində dünya müharibəsi
riskinin yüksək olacağı barədə xəbərdarlıq edib.
Cixisyolu.com xəbər verir ki, o, bu barədə Kaliforniyada keçirilən mitinqi zamanı
bildirib.
Tramp hazırkı hakimiyyətin qlobal münaqişəyə səbəb ola biləcəyindən narahatdır.
O, yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni tez bir
zamanda həll edə biləcəyini və Yaxın Şərqdəki xaosa son qoyacağını bildirib.