Trampın daha bir müşaviri istefa verir

Trampın daha bir müşaviri istefa verir

Baxış sayı: 3. 652 dəfə baxılıb.

ABŞ prezidentinin iqtisadi məsələlər barədə baş müşaviri Qeri Kon istefa verəcəyini deyib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Ağ Evdən məlumat verilib.

Kon verilən imkana görə prezident Donald Trampa təşəkkürünü bildirib və onun administrasiyasına uğurlar arzulayıb.

O, amerikalılar üçün əlverişli olan iqtisadi artım siyasəti yeritməyi özünə şərəf bildiyini qeyd edib.

Müşavir hansı səbəbdən istefaya getdiyi barədə məlumat verməyib, lakin nəşrin yazdığına görə, bu, polad və alüminiumun ixracına qoyulan rüsum məsələsi üzrə fikir ayrılığına görə baş verib: Kon rüsumların tətbiq olunmamasının tərəfdarı olub.

Tramp elan edib ki, bu vəzifənin boş qalması çox çəkməyəcək.

“Tezliklə iqtisadi məsələlər üzrə yeni baş müşavirin təyin olunması barədə qərar verəcəyəm. Bir çoxları bu vəzifəyə sahib olmaq istəyir, seçimə ağılla yanaşacağam”, – deyə dövlət başçısı deyib.

www.ÇıxışYolu.Com