9a2b4982-213e-47c1-be59-4fb78c96c9d3..jpg

Trampın işinə 2024-cü ildə baxılacaq – YENİLƏNİB + VİDEO

Baxış sayı: 847 dəfə baxılıb.

Trampın işinə 2024-cü ildə baxılacaq – YENİLƏNİB + VİDEO

ABŞ-ın keçmiş prezidenti Donald Trampın işi üzrə növbəti hazırlıq iclası
2023-cü il dekabrın 4-nə təyin olunub.

Məlumata görə, işə mahiyyəti üzrə baxılmasına 2024-cü ilin yanvarında
başlanıla bilər.

Növbəti iclasda da Tramp şəxsən iştirak etməlidir. Burada tərəflər vəsatət
verə biləcək, həmçinin keçmiş dövlət başçısına qarşı həbs-qətimkan tədbiri
məsələsinə baxılacaq.

Hələlik Trampa qarşı heç bir qabaqlayıcı tədbir tətbiq edilməyib.

Mənbə: TASS

23:33

ABŞ-nin keçmiş prezidenti Donald Tramp məhkəmədə özünü təqsirli bilmədiyini
bəyan edib.

Məlumata görə, Trampa qarşı 34 maddə üzrə ittiham irəli sürülüb. Məhkəmədə
təqsirini etiraf etməkdən imtina edilməsi o deməkdir ki, Tramp istintaqla
cəzanın azaldılması müqabilində təqsirini boynuna almağı nəzərdə tutan
razılaşmaya getməyib.

İttihamlar irəli sürüldükdən sonra onun girov ödəmədən növbəti məhkəmə
iclasına qədər azadlığa buraxılacağı gözlənilir. Proses qapalı formatda
keçirilir, içəridə çəkilişə icazə verilmir.

İclas iştirakçılarına mobil telefonlardan və digər rabitə mənbələrindən
istifadə etmək qadağandır.

Qeyd edək ki, Tramp maliyyə fırıldaqçılığında ittiham olunur.

Mənbə: TASS

21:45

ABŞ-ın keçmiş prezidenti Donald Tramp həbs edilib.

Məlumata görə, onun həbsi müvəqqəti və formal xarakter daşıyır.

Belə ki, həbs siyasətçiyə qarşı ittiham irəli sürülənədək davam edəcək.

Təxminən yarım saat ərzində Trampın məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.


Source link