Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp
söhbətlərdən birində İsrailin Baş naziri Benyamin Netanyahuya qarşıdakı
prezident seçkisində qalib gələrsə, Ağ Evə qayıdana qədər İsrailin Qəzza
zolağındakı müharibəni bitirməsini istədiyini bildirib.
Cixisyolu.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Tramp bu istəyi ilk dəfə 2024-cü ilin iyulunda, İsrail Baş
nazirini Florida ştatındakı Mar-a-Laqo iqamətgahında qəbul edərkən səsləndirib.
Məlumata görə, Tramp Netanyahuya İsrailin müharibədə tezliklə qələbə
qazanmasını istədiyini açıq şəkildə bildirib. Bununla belə, onun irəli sürdüyü
vaxt çərçivəsi əvvəllər məlum deyildi.
Xatırladaq ki, oktyabrın 20-də Netanyahunun ofisi Trampla növbəti danışıqdan
sonra verdiyi açıqlamada vurğulayıb ki, İsrail ABŞ administrasiyasının
fikirlərinə qulaq asır, lakin qərarları öz milli maraqlarına uyğun şəkildə
qəbul edəcək.