Trampın nikahdan kənar uşağı var

Trampın nikahdan kənar uşağı var

Baxış sayı: 2. 705 dəfə baxılıb.

Nyu-Yorkdakı “Trump World Tower”in keçmiş qapıçısı Dino Sacudin bildirib ki, ABŞ prezidenti Donald Trampın nikahdan kənar övladı var. O, bu məlumatı “National Enquirer” tabloidinə 30 min dollara satıb. Məqalə nəşriyyatda dərc olunmayıb, lakin şveytsarla bağlanmış razılaşmanın müddəti bitib.

Bu barədə ÇıxışYolu.Com “New York Post”a istinadən xəbər verir.

Müqavilə bu məlumatı başqa birinə ötürəcəyi və ya bu razılaşma haqqında danışacağı halda, Sacudinin milyon dollar ödəməsini nəzərdə tutub. Qapıçının sözlərinə görə, müqavilənin mətbuata düşdüyünü öyrəndiyi zaman çox təəccüblənib.

Qapıçı “National Enquirer” nəşriyyatına bildirib ki, Tramp “Trump World Tower”in bir əməkdaşı ilə eşq macərası yaşayıb, nəticədə qadının ondan övladı dünyaya gəlib. Qadın özü bu məlumatı təkzib edir.

“New York Post” qəzeti bildirir ki, Sacudinə həmçinin “National Enquirer” tabloidinin də aid olduğu “American Media” şirkəti pul ödəyib. Media korporasiyasının sahibi Devid Peker özünü amerikan liderinin yaxın dostu adlandırır. Hökumət rəhbərini ləkələyən bu və ya digər əhvalatlara eksklüziv hüquqları almağa çalışır.

www.ÇıxışYolu.Com