Trampın oğlu boşanır – FOTO

Trampın oğlu boşanır – FOTO

Baxış sayı: 3. 188 dəfə baxılıb.

ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp və arvadı Vanessa Trampın boşanma qərarı aldığı bildirilir.

ÇıxışYolu.Com məlumat verir ki, “New York Post”a bağlı “Page Six” media qurumunun yaydığı xəbərə görə, 13 illik evil cütlüyün uzun müddətdir birlikdə yaşamadığı məlum olub.

Mənbələr Vanessa Trampın siyasəti sevmədiyini və kiçik Donald Trampın çox uzun səyahətlərə çıxaraq ailəsinə vaxt ayırmadığını qeyd edib.

Vanessa Tramp bu gün Manhattan Yüksək Məhkəməsinə boşanmaq üçün müraciət edib.

Beş uşaqları olan cütlüyün boşanma səbəblərinə dair rəsmi açıqlama verilməyib.

www.ÇıxışYolu.Com