27e3c9b1-2080-4be8-b693-9af623057550..jpg

Trampın qələbəsi ABŞ-nin NATO-dan çıxmasına səbəb ola bilər

Baxış sayı: 632 dəfə baxılıb.

Trampın qələbəsi ABŞ-nin NATO-dan çıxmasına səbəb ola bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkisində keçmiş prezident Donald
Trampın qələbəsi ölkənin NATO-dan çıxmasına səbəb ola bilər.

Bu fikir “The New York Times” qəzetinin məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, diplomatlar arasında yayılan ümumi rəyə əsasən,
Trampın qayıdışı təkcə Ukraynanın tərk edilməsi deyil, həm də ABŞ-nin Avropa
qitəsindən kənarlaşması və Şimali Atlantika Alyansından çıxması anlamına gələ
bilər.

Qeyd olunur ki, Avropa ölkələrinin əksər nümayəndələri Trampın prezident
seçkisində qalib gələcəyi təqdirdə hansı yanaşmadan istifadə edəcəyini bilmir.
Kiçik dövlətlər ABŞ silahlarının alınması və ya bu kimi jestlər vasitəsilə
Trampla münasibətləri yaxşılaşdırmağa cəhd edə bilər.

Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkisi 2024-cü ilin noyabrında
keçiriləcək.

Source link