eba96231-abd4-49f1-b4cc-74b57f466b91..jpg

Trampın rəqibi namizədliyini onun xeyrinə geri götürdü

Baxış sayı: 405 dəfə baxılıb.

Trampın rəqibi namizədliyini onun xeyrinə geri götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Florida ştatının qubernatoru Ron Desantis bazar günü Respublikaçılar
Partiyasından prezidentliyə namizədliyi uğrunda mübarizəni tərk etdiyini və
yarışda öndə gedən keçmiş prezident Donald Trampı dəstəkləyəcəyini açıqlayıb.

O, qərarını “X” hesabında elan edib. Qubernator ikinci ştatda, Nyu-Hempşirdə
Respublikaçılar partiyasının ilkin seçkilərinə (praymeriz) cəmi iki gün qalmış
seçkidən çıxıb.

Tramp Desantisə dəstəyə görə təşəkkür edib.

“Mən Ron Desantisi – həqiqətən də heyrətamiz insanı möhtəşəm prezident
kampaniyasına görə təbrik etmək istəyirəm. O, çox lütfkardır və məni
dəstəklədi. Mən bunu yüksək qiymətləndirirəm və saxtakar Co Baydenə qalib
gəlmək üçün Ron ilə işləməyi səbirsizliklə gözləyirəm”, – deyə Tramp deyib.

Hazırda Trampın Respublikaçılar Partiyasından namizədlik uğrunda mübarizədə
rəqibi Cənubi Karolinanın keçmiş qubernatoru və ABŞ-nin BMT-dəki keçmiş səfiri,
hindistanəsilli amerikalı Niki Heylidir.

Mənbə: BBC

Source link