Trampın reytinqi rekord səviyyədə aşağı düşüb

Trampın reytinqi rekord səviyyədə aşağı düşüb

Baxış sayı: 7. 496 dəfə baxılıb.

ABŞ prezidenti Donald Trampın reytinqi rekord səviyyədə aşağı düşüb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə CNN sorğunun nəticələrinə istinadən məlumat yayıb.

Tədqiqat CNN telekanalı və SSRS mərkəzi tərəfindən aparılıb. Sorğunun nəticəsinə əsasən, Trampın fəaliyyətini 35% amerikalı dəstəkləyir.

Telekanal qeyd edir ki, bu göstərici ötən ilin dekabrında qeydə alınmışdı. 2018-ci ilin yanvarında 5 faiz artan reytinq bir ay sonra yenidən aşağı düşüb. 

Trampın respublikaçılar arasında dəstəyi minimal səviyyəyə enib. Hazırda onun işini respublikaçıların 80% dəstəkləyir. Bundan əvvəlki antirekord 81% idi.

Demokratlar sırasında isə cəmi 5 faiz partiya üzvü dövlət başçısının fəaliyyətini dəstəkləyir.  
 
www.ÇıxışYolu.Com