ABŞ prezidenti Donald Trampın amerikalılar arasında nüfuzu əhəmiyyətli dərəcədə artıb.
ÇıxışYolu.Com xəbər verir ki, “Gallup poll foundation” agentliyinin keçirdiyi ictimai sorğunun nəticələri bunu göstərir.
Əldə olunan nəticələrə görə, respondentlərin 45 faizi Ağ Ev rəhbərinin qəbul etdiyi qərarları dəstəkləyir.
Sorğuda iştirak edənlərin yarısı prezidentdən narazıdır. Respondentlərin yerdə qalan 4 faizi isə birmənalı cavab verməkdə çətinlik çəkib.
11-17 iyun ərzində aparılan ictimai rəy sorğusunda 1500-ə yaxın müxtəlif cins, yaş və etnik mənsubiyyəti olan insanlar iştirak edib.
Buna qədər Trampın reytinqi keçmiş ABŞ prezidentləri ilə müqayisədə çox aşağı səviyyədə idi.