2c1fa1e7-a301-49e6-8c5a-ff48013db24d..jpg

Trampın şirkəti maksimum məbləğdə cərimələndi: Baş maliyyə direktoru həbs olundu – FOTO

Baxış sayı: 755 dəfə baxılıb.

Trampın şirkəti maksimum məbləğdə cərimələndi: Baş maliyyə direktoru həbs
olundu – FOTO

ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus daşınmaz əmlak şirkəti vergidən
yayınmaqda təqsirli bilinib.

“Trump Organization” adlı şirkət bu cinayətə görə 1,6 milyon dollar məbləğində
cərimələnib.

Şirkət ötən ilin dekabrında fırıldaqçılıq və biznes qeydlərini
saxtalaşdırmaqda, o cümlədən 17 cinayətdə təqsirli bilinib.

Məhkəmə prosesi Nyu-Yorkda baş tutub və şirkət vergidən yayınma ittihamı ilə
maksimum məbləğdə cərimə olunub.

Məsələ ilə bağlı Donald Tramp özü mühakimə olunmayıb. O, keçmiş
idarəedicilərin qanunsuz şəkildə vergidən yayındıqlarına dair məlumatının
olduğuna dair iddiaları da təkzib edib.

“Trump Organisation”un keçmiş baş maliyyə direktoru Allen Veysselberq 5 ay
həbs cəzasına məhkum edilib. O, 1,7 milyon dollar təzminat müqabilində vergidən
yayınmaqda günahını etiraf edib.

Nyu-Yorkun Manhetten dairəsinin prokuroru Alvin Braqq bununla bağlı açıqlama
verib. “Keçmiş prezident Trampın şirkətlərinə ümumilikdə 17 ağır cinayətdə
ittiham irəli sürülüb və bu gün qanunla icazə verilən maksimum cərimələr tətbiq
olunub. Baş maliyyə direktoru Allen Veysselberq “Trump Corporation” və “Trump
Payroll Corp” şirkətlərində 10 ildən çox müddətdə külli miqdarda dələduzluqla
məşğul olub”, – deyə o bildirib.

“Korporasiyalar həbs oluna bilməz, lakin nəticədə ortaya çıxan bu məhkumluq və
cəza şirkətlərə və rəhbərlərə xatırladır ki, vergi orqanlarını aldatmaqla
özünüzü qurtara bilməzsiniz”, – deyə prokuror qeyd edib.

Mənbə: Haber Global

Source link