ABŞ-da prezident Donald Trampın daxili təhlükəsizlik və terrora qarşı mübarizə məsələləri üzrə müşaviri Tomas Bossert istefa verib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Ağ Ev rəsmi bəyanat yayıb.
“Prezident, Tomun böyük vətənimizin təhlükəsizliyi üçün göstərdiyi xidmətlərə görə minnətdardır”, – deyə bəyanatda qeyd olunur.
Ağ Ev hələ ki, istefanın səbəbinə aydınlıq gətirməyib. Habelə “Bloomberg” agentliyinin məlumatına görə , Bossert aprelin 9-da vəzifəyə gələn yeni milli təhlükəsizlik üzrə müşavir Con Boltonun təkidi ilə istefa ərizəsini təqdim edib.