Trampın təhlükəsizlik xidməti Putinin bağışladığı topu yoxlayıb

Baxış sayı: 1. 935 dəfə baxılıb.

Trampın təhlükəsizlik xidməti Putinin bağışladığı topu yoxlayıb

ABŞ prezidenti Donald Trampın təhlükəsizlik xidməti  Rusiya prezidenti Vladimir Putinin Helsinki sammiti zamanı bağışladığı topu yoxlayıb.

ÇıxışYolu.Com “Business Insider”ə istinadla xəbər verir ki, bu, Amerika prezidentlərinə təqdim edilən bütün hədiyyələrə tətbiq edilən standart prosedur qaydasıdır.

Xatırladaq ki, birgə mətbuat konfransı zamanı Putin Trampa bir gün öncə dünya çempionatının keçirilmə səlahiyyətlərinin Rusiyadan Qətərə ötürülməsi mərasimində istifadə olunan futbol topunu bağışlamışdı.

www.ÇıxışYolu.Com