Trampın vəkili əlində Baydenə qarşı dəlillər olduğunu açıqlayıb

Baxış sayı: 2. 910 dəfə baxılıb.

Trampın vəkili əlində Baydenə qarşı dəlillər olduğunu açıqlayıb

ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani keçmiş vitse-prezident Cozef Baydenin Ukraynadakı korrupsiyada iştirakını təsdiqləyən dəlillərin olduğunu söyləyib. O, bunu “Fox News”a verdiyi müsahibədə bəyan edib.

Culiani Baydenin günahkar olduğunu təsdiqləyən sübutların dörd il ərzində Vaşinqton mediası tərəfindən gizlədilib. Trampın vəkili Baydenin cinayətlərdə iştirakını təsdiq edə biləcək dörd ukraynalı şahid üçün viza almaq niyyətindədir. Onun sözlərinə görə, onların Ukraynanın keçmiş baş prokuroru Viktor Şokinin də günahkar olmasına dair sübutları var.

Culiani əmindir ki, Ukraynada geniş yayılmış korrupsiya ilə bağlı məlumat ABŞ səfiri və Dövlət Departamenti tərəfindən gizlədilib. O, FTB və Ədliyyə Departamentinin cinayət işini araşdırmaması faktına da qəzəbini ifadə edib.

Amerika prezidentinin vəkili əmindir ki, dövlət xidmətləri rəhbərlərindən biri Cozef Baydenin oğlu Hanter olan Ukraynanın enerji şirkəti “Burisma” haqqında bilirdi. Culiani  Hunter Bayden tərəfindən alınan üç milyon dollarlıq yuyulma sənədinin olduğunu söyləyib.