ABŞ Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Duqlas Fiers ABŞ prezidenti Donald Trampın daxili təhlükəsizlik və əks-terrorizm məsələləri üzrə yeni köməkçisi olub.
ÇıxışYolu.Com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ dövləti başçısının milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton məlumat yayıb.
Onun sözlərinə görə, Duqlas Fiers 30 ildən çoxdur terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik və təbii fəlakətlərin fəsadlarının qarşısının alınması sahələrində iş təcrübəsinə malikdir.
O, aprel ayında istefa vermiş Tom Bosserti əvəz edəcək.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com