ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında təkbətək görüş bu gün Sinqapurda yerli vaxtla 09:15-də (Bakı vaxtı ilə 05:15) keçiriləcək və 45 dəqiqədə davam edəcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Ağ Evin açıqladığı ABŞ prezidentinin təqvimində qeyd olunur.
Görüşdən sonra saat yarım ərzində geniş tərkibli danışıqlar aparılacaq.
Zirvə toplantısının yerli vaxtla 11:00-da (Bakı vaxtı ilə 07:00) başa çatacağı bildirilir. Toplantı başa çatdıqdan sonra ABŞ və KXDR liderləri işgüzar naharda iştirak edəcək.