ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla görüş yerinin artıq müəyyən edildiyini bildirib.
ÇıxışYolu.Com xəbər verir ki, Tramp Ağ Ev qarşısında jurnalistlərə açıqlama verib.
“Səfər planlaşdırılır. Artıq vaxt və məkan təyin edilib. Bu məlumatlar ən qısa zamanda elan olunacaq”, – deyə Tramp bildirib.
Tramp əlavə edib ki, onun administrasiyası KXDR rəhbərliyi ilə mahiyyəti üzrə danışıqlar aparır və yaxın zamanda çoxsaylı müsbət dəyişiklikləri gözləməyə dəyər.
“Dünən dediyim kimi, hadisələrin inkişafını təqib edin”, – deyə Tramp vurğulayıb.