Trampla Inın potensial görüş yeri məlum oldu

Trampla Inın potensial görüş yeri məlum oldu

Baxış sayı: 2. 484 dəfə baxılıb.

ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen In arasında  görüş  Cənubi Koreyanın sərhədyanı Pxanmuncom kəndində baş tuta bilər.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Tramp öz “Twitter ” səhifəsində yazı paylaşıb.

“Bizim görüş yeri kimi bir çox ölkələr nəzərdən keçirilir. Sizcə Şimali və Cənubi Koreya sərhədində yerləşən “Sülh evi” üçüncü ölkə ilə müqayisədə görüş üçün daha mötəbər, daha vacib və daha möhkəm məkan olmazdımı?”, – deyə Tramp yazır.

Bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo Ağ Ev rəhbəri ilə Kim Çen In arasında keçirilməsi planlaşdırılan görüşün məqsədini ictimaiyyətə açıqlayıb.

Onun sözlərinə görə, görüşdə əsas müzakirə obyekti Şimali Koreyanın denuklerizasiyası məsələsi olacaq.

.
www.ÇıxışYolu.Com