Tramvay qayıdacaq, yoxsa elə xəyallarda qalacaq? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Təxminən 25 il bundan öncə Dilarə Əliyeva küçəsində Bakının əfsanəvi
tramvayları hərəkət edirdi. Bu yaxınlarda Bakı şəhərinin Baş planı təsdiq
olundu və tramvayların geri qayıtması məsələsi gündəmə gəldi.
Bloqer Anar Əliyev yeni reportajında tramvay xətlərinin mümkün bərpası
haqqında danışıb.
O bildirib ki, nəqliyyat vasitəsinin yenidən istifadəyə verilməsi
sərnişinlərin rahatlığı üçün çox məqsədəuyğundur. Bu, həmçinin vizual baxımdan
da şəhərə fərqli rəng qatır.
Bloqer memar Dilqəm İsmayılov və müstəqil tədqiqatçı Azər Axundovla birlikdə
keçmiş tramvay yollarında gəzərək onun bərpasının müsbət və mənfi tərəflərindən
danışıb, sərnişinləri və sürücüləri maraqlandıran mühüm suallara aydınlıq
gətiriblər.
Ətraflı süjeti təqdim edirik: