Son altı ay ərzində 300-dən çox oynaq əməliyyatı həyata keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Travmatologiya və Ortopediya İnstitunun direktoru İlqar Qasımov deyib.
O bildirib ki, ötən ilin sentyabr ayından indiyə kimi institutda 300-dən çox süni oynaq və bud-çanaq əməliyyatı icra edilib:
“İnstituta daxil olan müraciətlər daha çox avtoqəzalarla bağlıdır. Avtoqəzalar çox ciddi problemlərə, əlilliyə gətirib çıxarır.
İl ərzində 50 mindən çox insan ambulator qaydada müraciət edir, 2000-ə qədər əməliyyat icra olunur. Ötən il 960 xəstə avtoqəza nəticəsində instituta gətirilib”.