Triatlon üzrə Dünya Kubokunun 2025-ci ildə Bakıda keçirilməsi müzakirə olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Fərid Fərhadzadə Madriddə
Dünya Triatlonu təşkilatının prezidenti Marisol Casado və baş katibi Antonio
Arimany ilə görüşüb.
ATF-dən verilən məlumata görə, görüşdə Azərbaycanda triatlonun inkişaf
etdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Beynəlxalq qurumun bu il ölkəmizdə triatlon məşqçiləri üçün seminar keçirməsi
ilə bağlı razılıq əldə edilib. Müzakirələrin əsas mövzusu 2025-ci ildə triatlon
üzrə Dünya Kubokunun Bakıda təşkil edilməsi olub.