“TRT Haber” Naxçıvanda keçirilən “Bir millət, iki dövlət” forumundan
videoreportaj yayımlayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“TRT Haber” Naxçıvanda keçirilən “Bir millət, iki dövlət” forumundan
videoreportaj yayımlayıb.
“Report” xəbər verir ki, videoreportajda “Bir millət, iki dövlət” forumunun
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Türk Əməkdaşlıq və
Koordinasiya Agentliyi, Türkiyə Respublikası Prezident Administrasiyasının
Kommunikasiya İdarəsi və Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin birgə təşkilatçılığı
ilə keçirildiyi vurğulanıb.
Süjetdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin çıxışı və Türkiyə Respublikası
Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi, professor
Fəxrəddin Altunun videomüraciəti də yer alıb.
Həmçinin Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici
Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik
Fondunun rəhbəri Aygün Attarın jurnalistlərə müsahibəsi verilib.