Castin Tryudonun Liberal partiyası Kanadada keçirilən parlament seçkilərində qalib gəlir.
“RİA Novosti” xəbər verir ki, bunu Kanada MSK-sının ilkin məlumatları göstərir.
Liberallara 37,5% seçici səs verib, onların əsas rəqibləri Mühafizəkarlar Partiyası 31,1% səs toplayıb. Beləliklə, liberallar parlament aşağı palatası İcmalar Palatasında 338 mandatdan 137-ni əldə ediblər.
Onların əsas rəqibləri Mühafizəkarlar Partiyası isə seçkilərdə 99 mandat qazanıb.
Qeyd edək ki, 2015-ci ilin seçkilərində liberallar daha çox səs toplaya bilmişdilər – 39,5%.