Nərimanov rayonu 18-ci polis bölməsinin əməkdaşları tərəfindən tülküyə işgəncə verən şəxslə bağlı araşdırmalara başlanılıb.
Bu barədə ÇıxışYolu.Com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Bildirib ki, araşdırma zamanı tülkü ilə rəhmsiz davranaraq sosial şəbəkədə görüntüləri yayan şəxsin Bakı şəhəri sakini Akif Həsənov olduğu müəyyən edilib. O, səhvini boynuna alıb.
Sözügedən şəxs ETSN tərəfindən inzibati xəta törətdiyinə görə 500 manat məbləğində cərimə ödəyib.