Rusiyanın Tümen şəhərində güclü qasırğa baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Regionun Fövqəladə hallar xidmətinin məlumatına əsasən, küləyin sürəti 26 metr/saniyəyə çatıb.
Yerli sakinlər sosial şəbəkələrdə şiddətli küləyin səbəb olduğu qum qasırğasının fotoşəkillərini və videogörüntülərini yayıb
“Bu Hollivudun hansısa yeni fəlakət filmi deyil. Bu Tümendə qasırğanın gətirdiyi şiddətli küləkdir” , – deyə “YouTube” portalına yerləşdirilmiş videolardan birinin təsvirində yazılıb.