Tünzalə Ağayeva ilkə imza atdı – VİDEO

Tünzalə Ağayeva ilkə imza atdı – VİDEO

Baxış sayı: 9. 339 dəfə baxılıb.

Əməkdar artist Tünzalə Ağayeva yeni “Qoşa qanad” adlı bəstəsinə klip çəkdirib.

ÇıxışYolu.Com xəbər verir ki, ilk dəfə anime janrına müraciət edilərək hazırlanan klip bir neçə ay ərzində tamamlanıb.

Sənətçi klipini təqdim etmək və ətraflı məlumat vermək üçün media nümayəndələrini “Cinemaplus” kinoteatrına toplayıb.

Müxtəlif ziyalıların və qonaqların olduğu tədbirin aparıcılığını Murad Arif edib.

Tünzalənin keyfiyyət göstəricisi olduğunu bəyan edən Murad daha sonra sözü ekran işinin və mahnının ərsəyə gəlməsində əziyyət çəkən komandaya verib.

Tədbirdə çıxış edən “Qoşa qanad” adlı mahnının söz yazarı Yusif Nəğməkar Tünzalə ilə işləməkdən qürur duyduğunu deyib:

“Məni təsirləndirən bir məqam oldu ki, qərb janrında oxunan bir mahnıda “Ata” və “Ana” sözlərini Tünzalə elə səsləndirir ki, insan ürəyinə toxunur”.

Klipin rejissoru və ssenari müəllifi Emin Mirabdullayev Əməkdar artistin işinə məsuliyyətlə yanaşdığını söyləyib. 

Tədbirdə “Chameleon” animasiya studiyasının rəhbəri Natiq Zeynalov bildirib ki, indiyədək Azərbaycanda animasiya janrında kliplər çəkilsə də, burada kompüter qrafikasından yox, əl əməyindən istifadə edilib.

Ekran işinin rəssamı, illustrator Kənan Şeyxzamanlı isə Ağayevaya öz təşəkkürünü bildirib.

Müğənninin anası da qızını təqdimat zamanı yalnız buraxmayıb. Valideynlərə sevginin aşılandığı mahnı zaldakı tamaşaçılar tərəfindən alqışla qarşılanıb. 

.
Foto: Ehtiram Jabi
www.ÇıxışYolu.Com