8ea0dfe0-54d2-4b20-ab69-80582ccc725c..jpg

Tünzalə geyimlərinə görə yazılan tənqidlərə cavab verdi

Baxış sayı: 527 dəfə baxılıb.

Tünzalə geyimlərinə görə yazılan tənqidlərə cavab verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər müğənni özünə görə nümunədir. Nümunə geyimə yox, sənətə görə ölçülür.
Geyim tamamən səhnənin ab-havası, obrazı, əlçatmazlığı ifadə edir. Hər hansısa
bir sahə sənət sahəsinə bənzəmir”.

Axsam.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva televiziya
verilişlərinin birində deyib.

Müğənni son vaxtlar geyimlərinin müzakirə edilməsinə münasibət bildirib.

Ağayeva ona ünvanlanan – “Siz geyiminizə görə nümunə göstərilirdiniz. İndi
hansı müğənni geyimi ilə nümunə göstərilə bilər”, – sualına belə cavab verib:

“Elə insan var ki, xarici ifaçıların geyimini qəbul edir. Amma bizdə nədənsə
hesab edirik ki, 70-ci illərdə ifaçılar necə idilərsə, elə də olmalıdır. Elə
bir şey yoxdur. Sənətlə, intellektlə, peşəkarlıqla götürülməlidir. Türkiyədə
elə müğənnilər var ki, biz onlar qədər cəsarətli deyilik, amma tamaşaçı onları
çox sevgi ilə qarşılayır. Qarşımda insanlar var. Əgər mən bir səhnəyə çıxıb,
qarşımda olan publikadan seçilməyəcəyəmsə, siz o müğənniyə baxmayacaqsınız.
Əgər bir tamaşaçı bir müğənniyə baxıb qıcıq olursa, o, onun beyninin
problemidir. Müğənninin problemi deyil”.

Source link