Əməkdar artist Tünzalə Ağayeva “Instagram” hesabında atmacalı paylaşım edib.
ÇıxışYolu.Com xəbər verir ki, “sənətkar” sözünü tərənnüm edərək, internetdə canlı yayım edərək özünü sənətçi adlandıranlara söz atıb.
“Bu gün sənətkarın adı – onun keyfiyyətinin göstəricisidirsə, tamaşaçısının daim həm qəlbində, həm diqqətindədirsə, konsertlərinin biletləri satılırsa, bu, illərlə peşəsinə, sevəninə və özünə verdiyi dəyərin, zəhmətin, eşqlə etdiyi işlərin, fədakarlığının, musiqi mədəniyyətindəki dönməz əqidəsinin nəticəsidir!
P.S: internetdən canlı yayım etməklə sənətə yiyələnmirlər”, – deyə Tünzalə yazıb.