Tünzalə təqdimatda ağladı - FOTO + VİDEO

Tünzalə təqdimatda ağladı – FOTO + VİDEO

Baxış sayı: 2. 041 dəfə baxılıb.

Əməkdar artist Tünzalə Ağayeva “Sevdiyim” adlı yeni klipini təqdim edib.

ÇıxışYolu.Com xəbər verir ki, təqdimat Nizami Kino Mərkəzində gerçəkləşib.

“ASAN xidmət” və Tünzalə Ağayevanın birgə layihəsi olan klip Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib.

Təqdimat mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov çıxış edərək bu önəmli gün barədə fikirlərini bölüşüb.

Onlar Azərbaycan Xalq Cümhuriyyəti və Heydər Əliyevin bayrağımızın ucaldılması yolunda əvəzsiz xidmətlərindən danışıb, Əməkdar artist Tünzalə Ağayevaya layihə üçün təşəkkür ediblər.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, təklif onlara Tünzalə Ağayeva tərəfindən gəlib.

Tədbir zamanı Ağayeva da səhnəyə çıxaraq layihə barədə məlumat verib və göz yaşlarını saxlaya bilməyib:

“Sözləri Cəfər Cabbarlıya aid olan bu möhtəşəm əsərə musiqi bəstələmək mənim üçün qürurvericidir. Çox həyəcanlıyam. Cümhuriyyətimizin 100 illiyi barədə danışarkən göz yaşlarını saxlamaq asan deyil. “ASAN xidmət”ə və layihədə əməyi keçən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, klipin rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könüldür.

.
Foto: Sadiq Fərzəlibəy
www.ÇıxışYolu.Com