30d21c88-7006-4c21-b01e-2e82a0217741..jpg

Turab Teymurov: “Formula-1”lə müqavilənin uzadılması üçün danışıqlar müsbət istiqamətdə gedir”

Baxış sayı: 796 dəfə baxılıb.

Turab Teymurov: “Formula-1”lə müqavilənin uzadılması üçün danışıqlar müsbət
istiqamətdə gedir”

“Yarış rəhbərliyi ilə yeni müqavilə üçün danışıqlar müsbət istiqamətdə gedir.
Amma hələlik dəqiq məlumat yoxdur”.

“Report” xəbər verir ki, bunu “Formula 1” üzrə Azərbaycan Qran-prisinin
mətbuat katibi Turab Teymurov media akkreditasiyası ilə bağlı seminarda
bildirib.

O, müqavilənin uzadılması ilə bağlı yenilik olacağı təqdirdə mətbuata açıqlama
veriləcəyini diqqətə çatdırıb. Teymurov əvvəlki turnirlərlə müqayisədə bilet
satışında rekorda imza atdıqlarını söyləyib. Mətbuat katibi Azərbaycan
Qran-prisi üçün 90 ölkədən bilet alındığını deyib.

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi 28-30 apreldə keçiriləcək. Hazırkı
sözləşməyə əsasən, 2024-cü ildə də Bakıda yarış təşkil olunmalıdır.

Source link