Tural Gəncəliyev Azərbaycan-Kanada parlamentlərarası işçi qrupunun sədri
vəzifəsini tərk etdi
Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycan-Kanada parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun sədri vəzifəsini tərk edib.
APA xəbər verir ki, o, bu qərarı Kanada tərəfinin addımına cavab olaraq atıb.
Qeyd edək ki, ötən gün deputat Filip Lourens Kanada-Azərbaycan
parlamentlərarası dostluq qrupunun sədri vəzifəsini tərk edib.