7a7fb1c5-b5fa-4212-aabc-a7aa2567d52c..jpg

“Turan Tovuz” Türkiyədə Rumıniya klubuna uduzub

Baxış sayı: 480 dəfə baxılıb.

“Turan Tovuz” Türkiyədə Rumıniya klubuna uduzub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” ilk yoxlama
görüşünü keçirib.

Cixisyolu.com-ın məlumatına görə, baş məşqçi Ayxan Abbasov komandasını Rumıniya klubu
“Voluntari” ilə matçda sınayıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar dünən keçirilməyən və bu günə təxirə
salınan qarşılaşma Rumıniya təmsilçisinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, “Turan Tovuz” yanvarın 15-də daha iki yoxlama oyunu keçirəcək.
Komanda Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivləri ilə üz-üzə
gələcək.

Source link