“Turan Tovuz”un baş məşqçisi: “Birlikdə bu durumdan çıxacağıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 16-cı
turunda “Neftçi”yə 2:3 hesabı ilə uduzduqlarıoyun
haqqında danışıb.
Qol.az xəbər verir ki, mütəxəssis görüşdən sonra keçirilən mətbuat
konfransında əvvəlcə bunları deyib:
– Çətin və maraqlı oyun oldu. Hesabda geri düşsək də, qollar vurduq. Hər
qoldan sonra hesabda önə çıxa bilərdik. Amma imkanlardan yaxşı istifadə edə
bilmədik. İkinci hissədə 11-ci dəqiqədə rəqib ilk dəfə cərimə meydanımıza daxil
oldu. Təəssüf ki, qol buraxdıq. Bu gün ustalıq qalib gəldi. “Qəbələ” ilə matçı
çıxsaq, rəqiblərlə başabaş oynamışıq. Davam etmək lazımdır. Bilirdik ki, çətin
olacaq. Yeni gələnlər var. Amma oyundan-oyuna yaxşılığa doğru gedirik. Təslim
olmaq olmaz. Ruhdan düşsək, çətin olacaq. Futbolçuların arxasındayıq, birlikdə
bu durumdan çıxacağıq.
– Komanda əks-hücumlardan oynasaydı, hesab başqa cür alınardı?
– Mən futbola hücum, əks-hücum kimi yanaşmıram. Mövsümün əvvəlində demişdim
ki, bu il oyunu otuzdurmaq lazımdır. Amma çətin olacaq. Oyunu otuzdurmaq
istəyiriksə, boşluqlar olacaq. Qol epizodlarına giririk, istifadə edə bilmirik.
Qollar buraxırıq. Əks-hücum, müdafiə oynasaydıq…Bunu özümüzə yaxın
buraxmıram. Bəzi mövqelər var, orada ya futbolçular artırmalıdır, ya da
gələcəkdə ora uyğun oyunçular tapmalıyıq.
– Üçüncü qol sanki ofsayddan vuruldu. Siz necə düşünürsüz?
– Hakimlik haqda danışmaq istəmirəm. Bu gün eşidirəm, hakim deyir VAR-dakı
bildirdi ki, top başqasından çıxıb. Niyə VAR-dakı deyir bunu? Autu da səhv
verirlər. Başa toxunuş varsa, dərhal matç dayanmalıdır. Top bizdə olanda dərhal
saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi. VAR-da olan hakim yəqin
xətti çəkib.
– Komandadan göndəriləcək futbolçuların siyahısını hazırlamısız?
– Bu dəqiqə hər kəsin müqaviləsi var. Kiməsə rahat demək olmur ki, getmək
lazımdır. Son oyunlardan sonra fikirləşəcəyik. Güclənmək lazımdır.