“Turan Tovuz”un futbolçusunun Türkiyə klubuna keçidi rəsmiləşdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Turan Tovuz”un futbolçusu Sərtan Taşkının Türkiyənin “Manisa” klubuna keçidi
rəsmiləşib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 26 yaşlı sağ cinah müdafiəçisi yeni komandası ilə 1,5 illik
müqavilə imzalayıb.
Azərbaycan millisinin üzvü Türkiyənin I Liqa təmsilçisinə keçidi ilə bağlı
təəssüratlarını bölüşüb:
“Manisa”ya keçdiyim üçün xoşbəxtəm. Burada gözəl işlərə imza atmaq istəyirəm.
Bunun üçün çox çalışacağam”.
Qeyd edək ki, Sərtan Taşkın cari mövsümün ilk yarısında “Turan Tovuz”un
heyətində Premyer Liqada 16 oyun keçirib, 1 qol vurub.