892c3e62-f4f1-46db-8194-1b63795336a0..jpg

“Turan Tovuz”un İdarə Heyətinin sədr müavini: “Stadionun işıq dirəyi iki aya hazır olmalıdır”

Baxış sayı: 495 dəfə baxılıb.

“Turan Tovuz”un İdarə Heyətinin sədr müavini: “Stadionun işıq dirəyi iki aya
hazır olmalıdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Stadionun işıq dirəyi iki aya hazır olmalıdır”.

Bunu “Report”a açıqlamasında “Turan Tovuz”un İdarə Heyətinin sədr müavini Əli
Babakişiyev Tovuz şəhər stadionunda aşan işıq dirəyinin bərpa olunma tarixi ilə
bağlı danışarkən deyib.

Klub rəsmisi bildirib ki, rəhbərlik hazırda bu iş üçün səfərbər olub:

“Layihə yekunlaşmaq üzrədir. Hazır olandan sonra ekspertizaya müraciət
olunacaq ki, layihəmiz budur. Ondan sonra işə başlayacağıq. Yəqin ki, qarşıdakı
bir neçə ev matçını günorta saatlarında keçirəcəyik. Bu işi növbəti mövsümə
saxlamayacağıq”.

Əli Babakişiyev dirəyin aşma səbəbini də açıqlayıb:

“Aidiyyəti qurumlar tərəfindən projektora baxıldı. Dirəklər zavod məhsuludur.
Ekspertizanın rəyi düşündüyümüz kimi təbii fəlakət oldu. Çünki quraşdırılmada
heç bir problem yaranmamışdı. Yəni səbəb sırf təbii fəlakətdir”.

O, arenanın digər işıq dirəkləri ilə bağlı heç bir narahatlığın olmadığını
sözlərinə əlavə edib:

“Onlarla bağlı təhlükə yoxdur. Uçan dirəklə paralel dirək montaj olunacaq.
Digər dirəklərlə bağlı tam rəyi isə ekspertiza verəcək”.

Qeyd edək ki, 2023-cü il dekabrın 23-də keçirilən “Turan Tovuz” –
“Araz-Naxçıvan” qarşılaşmasının gedişindəTovuz şəhər stadionunda işıq
dirəklərindən biri aşıb. Bu səbəbdən matçın qalan
dəqiqələri ertəsi gün oynanılıb.

Source link