İngiltərədə səyahətdə olan Xloya adlı turist qız əmindir ki, qədim qəsr Totnesdə kabusla qarşılaşıb.
ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, o, bununla bağlı öz təəssüratlarını da bölüşüb.
Turist qız hesab edir ki, qəsrin əfsanəvi qoruyucuları ilə qarşılaşıb. Əfsanəyə görə, cəngavər qardaşlar qalanı müdafiə ediblər. Düşmən hücumunu dəf edə bilməyəndə isə intihar ediblər. Kabuslarla qarşılaşan qız onların şəklini çəkməyi də bacarıb.