Turistlər Bakıda Novruz bayramını qeyd edib – REPORTAJ

Turistlər Bakıda Novruz bayramını qeyd edib – REPORTAJ

Baxış sayı: 3. 614 dəfə baxılıb.

Bakının Fəvvarələr meydanında Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə Novruz festivalı keçirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, festivalda regional musiqi və xalq yaradıcılığı kollektivləri, eləcə də tanınmış müğənnilər iştirak edib.

Bayram günləri çərçivəsində meydanda təşkil edilmiş yarmarkaya qatılan xarici turistlər və yerli sakinlər ölkəmizin milli mətbəxi, sənətkarlıq nümunələri ilə yaxından tanış olub, əl işləri sərgilərində iştirak ediblər.

Festival zamanı Fəvvarələr meydanı paytaxt sakinlərinin və turistlərin öz asudə vaxtlarını əsl bayram əhvalında, daha əyləncəli şəkildə keçirmələri üçün əvəzsiz məkana çevrilib.

Baku.tv keçirilən Novruz festivalı ilə bağlı videomaterial hazırlayıb.

Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev Baku.tv-yə açıqlamasında bildirib ki, bu cür festivalların keçirilməsi ölkənin mədəniyyət sahəsinin inkişafından xəbər verir:

“Bizim məqsədimiz Bakıya gələn qonaqların öz vətənlərinə məmnunluq hissi ilə qayıtmasından ibarətdir. Bunun özü də təbliğat xarakteri daşıyır. Əgər gələn qonaqlar ölkəmizdəki festivaldan, göstərilən xidmətdən razı qalıbsa, bunun özü də ölkəmiz üçün reklamdır”.

Həmin videomaterialı sizə təqdim edirik: