Turistləri orbitdə gəzdirəcək kosmoplanın sınağı – VİDEO

Turistləri orbitdə gəzdirəcək kosmoplanın sınağı – VİDEO

Baxış sayı: 1. 999 dəfə baxılıb.

“VSS Unity” kosmoplanı səs sürətini aşan sürətlə ikinci uçuşunu yerinə yetirib. Uğurla başa çatan sınaq mayın 29-da Kaliforniyanın Moxava səhrasında həyata keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Sınaq zamanı gəmi  “WhiteKnightTwo” daşıyıcı təyyarəsindən ayrılıb. Daha sonra 31 saniyə müddətinə kosmoplanın super mühərriki işə salınıb.

Nəticədə kosmoplan 2300 kilometr/saatdan çox sürət yığıb və 35 kilometr yüksəkliyə qalxıb.

“VSS Unity”nin sınağında başlıca məqsəd səs sürətini aşan rejimdə gəminin sükan sistemini yoxlamaq və ortaya çıxa biləcək nöqsanları aradan qaldırmaq olub. Son test uçuşunda kosmoplana sərnişin oturacaqları və müvafiq cihazlar əlavə olunub.

İlk sınaq 5 aprel 2018-ci il tarixində həyata keçirilib.

Dizaynı “Scaled Composites”ə məxsus olan və  “Virgin Galactic” şirkətinin sifarişi ilə “The Spaceship Company” şirkəti tərəfindən hazırlanan suborbital kosmoplanla gələcəkdə turistik uçuşlar həyata keçiriləcək.

.
www.ÇıxışYolu.Com