Türk əsgərləri Suryiada atəşə tutuldu – Rusiya attaşesi “xalçaya” çağırıldı

Baxış sayı: 2. 426 dəfə baxılıb.

Türk əsgərləri Suryiada atəşə tutuldu – Rusiya attaşesi “xalçaya” çağırıldı

Suriyanın İdlib şəhərində yerləşən Türkiyə Silahlı Qüvvələrinin 10 saylı müşahidə məntəqəsi atəşə tutulub.

“Anadolu” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Məlumata əsasən, atəş qəsdən açılıb və türk ordusu cavab zərbələri endirib.  

Hücum nəticəsində bir Türk əsgəri öldürülüb, 3 nəfəri isə yaralanıb.

Hadisə yerindən təxliyyə edildikdən sonra yaralılar xəstəxanaya çatdırılıb.

Hücumla əlaqədar olaraq Türk Silahlı Qüvvələrinin Baş Qərargahına Rusiyanın Ankaradakı attaşesi çağırılıb. Ona bildirilib ki, Türkiyə hücumlara cavab olaraq sərt tədbirlər görəcək.