Türkiyəli biznesmen həyat yoldaşından boşanmaq üçün özünü Fətullahçı terror təşkilatının üzvü kimi təqdim edib.
ÇıxışYolu.Com-ın “HaberTürk”ə istinadla məlumatına görə, hazır geyim ixracı ilə məşğul olan Aralıq dənizi ittifaqının rəhbəri Hayri Uruq 2016-cı ilin iyulunda həyat yoldaşına FETÖ üzvü olduğunu və həbs ediləcəyi təqdirdə ailəsinin bütün varlığını itirəcəyini deyib.
29 illik evlilikləri ərzində cütlük 200 milyon lirə (49 milyon dollar) vəsait qazana bilib.
Ayrılıqdan sonra biznesmen ailəsini Florida ştatına köçürüb. Özü isə Türkiyəyə qayıdaraq, burada sevgilisi ilə evlənib.
Bütün yalanlar ifşa edildikdən sonra biznesmenin keçmiş həyat yoldaşı Hepşen məhkəməyə şikayət edib. O, keçmiş ərini dələduzluqda, etimaddan sui-istifadə edilməsində və aldatma yolu ilə nikahın dayandırılmasında ittiham edib.
Qeyd edilib ki, Hayri Uruq hakim qarşısına çıxmalı olacaq.
S.M.
www.ÇıxışYolu.Com