c41f966f-10c8-43a6-a55b-1cb755c9927d..jpg

Türk dövlətlərinin İKT üzrə məsul nazirlərinin beşinci iclası keçirilib – FOTO

Baxış sayı: 657 dəfə baxılıb.

Türk dövlətlərinin İKT üzrə məsul nazirlərinin beşinci iclası keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv
dövlətlərin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə məsul
nazirlərinin beşinci iclası keçirilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir.

Məlumata görə, toplantının gündəliyində duran rəqəmsal infrastrukturun
inkişafı, kibertəhlükəsizlik və elektron hökumət kimi bir sıra məsələlər
ətraflı müzakirə edilib.

Tədbirdə iştirak edən nazir müavini Samir Məmmədov çıxış edərək rəqəmsal
transformasiyanın Azərbaycan hökumətinin gündəliyində duran prioritet
məsələlərdən biri olduğunu bildirib. O, ölkəmizdə innovasiya, “Onlayn
Azərbaycan” layihəsi çərçivəsində GPON (Gigabit Passive Optical Networks)
texnologiyası ilə müasir genişzolaqlı şəbəkənin qurulması ilə əlaqədar aparılan
işlər, işğaldan azad edilmiş ərazilərdə “ağıllı” şəhər və kəndlərin qurulması,
elektron hökumət, elektron imza, hökumət buludu və kibertəhlükəsizlik
istiqamətlərində aparılan işlər barədə toplantı iştirakçılarına ətraflı məlumat
verib.

Görüşün yekununda TDT-yə üzv dövlətlərin İKT sahəsinin inkişafına dair Birgə
Bəyannamə qəbul edilib.

Xatırladaq ki, təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr
2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış
Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan təşkilatın ilk dörd təsisçi
ölkəsindən biridir və hazırda Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə
ilə yanaşı, təşkilatın üzvüdür.

Source link