9cfb702e-f9f0-4574-8070-aeb06727a0a4..jpg

Türk Dünyası Kino Rejissorları Birliyi – “TÜRKFİLM” yaradılıb

Baxış sayı: 441 dəfə baxılıb.

Türk Dünyası Kino Rejissorları Birliyi – “TÜRKFİLM” yaradılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistanın paytaxtı Daşkənddə Türk Dünyası Kino Rejissorları Birliyinin
(TÜRKFİLM) yaradılması ilə bağlı niyyət bəyannaməsi imzalanıb.

“Report” xəbər verir ki, sənəd Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının
(TÜRKSOY) təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan və TÜRKSOY rəsmilərinin iştirakı ilə
imzalanıb.

Qeyd edilib ki, birliyin yaradılmasında əsas məqsəd türk kino sənayesinin
maraqlı tərəflərinin ehtiyac duya biləcəyi mövzulara dəstək vermək, türk
dünyasının zəngin mədəni irsini əks etdirən əsərlərin istehsalını təşviq etmək,
türk xalqlarının birlik və qardaşlığını gücləndirmək, kino sahəsində mövcud
bilik və təcrübələrin qarşılıqlı ötürülməsi, bu şəkildə ictimai, mədəni və
iqtisadi inkişafı təmin etməkdir.

Source link