Türk dünyası ölkələrinin memarları tarixi Şuşada toplaşıblar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Beynəlxalq Türk
Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə
həsr olunmuş “Türk dünyası memarlarının Şuşa simpoziumu” 24 noyabr tarixindən
etibarən Şuşa şəhərində öz işinə başlayıb.
Cixisyolu.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa
rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, İçərişəhər Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Azərbaycan
Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar
İsbatov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Şuşa Şəhəri Dövlət Qoruğu
İdarəsinin icraçı direktoru Tural Novruzov və digər rəsmilər iştirak edirilər.
Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan olan
60-a yaxın memarın bir araya toplanmasında əsas məqsəd Şuşada aparılan və
nəzərdə tutulan tarixi memarlıq abidələrinin bərpa və konservasiyası, tarixi
mühitin abadlaşdırılması mövzularında təqdimat və çıxışların edilməsi, eyni
zamanda, fikir mübadilərlərinin aparılmasıdır.
Tədbirin rəsmi açılış mərasimi torpaqların azadlığı və bütövlüyü uğrunda
canından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə
başladı. Daha sonra Şuşada aparılan bərpa-quruculuq işləri ilə bağlı qısa video
nümayiş etdirildi.
Rəsmi çıxışlardan sonra İştirakçı ölkələrin hər birinin memarlığını, tarixi
abidələrini, mədəniyyətini özündə əks etdirən videolar nümayiş olundu. Daha
sonra panel müzakirələrə start verildi.
İki gün davam edən simpozium zamanı “Qoruq idarəetməsində və icma ilə işdə
problemlər, çağırışlar və yeniliklər”, “Tarixi şəhərlərin regenerasiya
siyasətləri və sənədləri”, “Abidə və qoruq şəhərlərin qorunma qanunvericiliyi”,
“Tarixi şəhərlərin iqtisadi və turistik imkanları və çağırışları”, “Tarixi
Şəhər Mühitinin qorunması və müasir tələblərə adaptasiyası” və digər mövzular
ətrafında panel müzakirələri aparılacaq.