248da151-9e23-454c-b211-cff43abc8dfb..jpg

Türk dünyasından bəhs edən ortaq tammetrajlı film çəkiləcək – FOTO/VİDEO

Baxış sayı: 533 dəfə baxılıb.

Türk dünyasından bəhs edən ortaq tammetrajlı film çəkiləcək – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də “Molla
Nəsrəddin – çətin günlərin dostu” filmi ilə bağlı mətbuat konfransı keçirilib.

Cixisyolu.com xəbər verir ki, mətbuat konfransında TÜRKSOY-un baş katibi Sultan Raev,
filmin ssenari müəllifi və baş rejissoru, Xalq artisti Vaqif Mustafayev,
prodüseri Zaur Darabzadə media nümayəndələrinin suallarını cavablandırıblar.

Qeyd edək ki, Z. Darabzadə CineMastercard (CinemaPlus) kinoteatrlar
şəbəkəsinin müşahidə şurasının sədridir.

Sultan Raev bildirib ki, Türk dünyasının ortaq folklor qəhrəmanı Molla
Nəsrəddin haqqında bədii filmin çəkilməsi ilə bağlı qərar TÜRKSOY Daimi
Şurasının 2023-cü ilin oktyabrında Şuşa şəhərində keçirilən 40-cı iclasında
qəbul olunub.

TÜRKSOY Daimi Şurasının 2023-cü ilin oktyabrında Şuşa şəhərində keçirilən
40-cı iclasında alınan qərara əsasən, Türk dünyasının ortaq folklor qəhrəmanı
Molla Nəsrəddin haqqında bədii film çəkilməsi qərara alınıb. Ekran əsəri
təşkilata üzv ölkələrin mədəniyyət nazirlikləri və TÜRKSOY-un dəstəyi ilə
ərsəyə gələcək.

Vaqif Mustafayev diqqətə çatdırıb ki, müştərək ekran əsərinin Azərbaycanla
yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda lentə alınması nəzərdə
tutulur: “Filmdə türkdilli dövlətlərin kinemotoqrafçıları bir araya gələcək. Ən
böyük məsuliyyət budur ki, bütün səylərimizi ortaya qoyub tamaşaçıları
sevindirə bilək”.

Zaur Darabzadə qeyd edib ki, filmin çəkilişlərinə bu ilin avqust ayında start
veriləcək. 100 dəqiqəlik film qardaş türk respublikalarının hər birində
çəkilməklə hissələrə bölünür. Baş rolda Türkiyənin tanınmış aktyorlarından
birinin çəkilməsi nəzərdə tutulub. Filmin çəkilişlərinə 2024-cü ilin avqust
ayından etibarən başlanılacaq və 2025-ci ildə ictimaiyyətə təqdim olunacaq.


Source link