21 yaşadək millimizin futbolçusu Ozan Can Kökçü Türkiyə yığmasında çıxış edə bilər.
ÇıxışYolu.Com xəbər verir ki, Türkiyənin aşağı yaş qrupları üzrə direktoru Tolunas Kafkas bunun üçün onun atası Halis Kökçü ilə görüşüb.
“Yaxınlarda Hollandiyaya getmişdim. Ozan Can Kökçünün ailəsi ilə görüşdüm. İstedadlı futbolçudur. Bu dostumuzu milli komandamıza qazandırmaq istəyirəm”.
Ozan ötən il artıq bir dəfə millimizdən imtina edib. Lakin sonradan o, fikrini dəyişərək yığmamıza qayıdıb.
Qeyd edək ki, 19 yaşlı Ozan Can Kökçü Niderland türküdür. “Feyenoord”un yetirməsi olan futbolçu 2017-ci ildən Türkiyənin “Bursaspor” klubuna məxsusdur.
Futbolçu heyətə düşmədiyi üçün bu ildən Hollandiyanın I divizion klubu olan “Vaalveyk”də icarə əsasında çıxış edir.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com