Türkiyənin “Yeni Malatyaspor” komandasının oyunçuları London “Arsenal”ının yarımmüdafəçisi Məsut Özilin fotoşəklinin əks olunduğu köynəklərlə meydana çıxıblar, ÇıxışYolu.Com Sport24-ə istinadən xəbər verir.
Futbolkaların üzərində aşağıdakı yazı olub:
“Biz səninləyik. Rasizmə yox deyək”.
Qeyd edək ki, bir müddət əvvəl Özil Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra səslənən tənqidlərə görə Alman Futbol İttifaqını (DFB) irqçilik və türk köklərinə hörmətsizlikdə ittiham edib.