a9fdf9b9-e695-4a9f-b684-eb264e40fef1..jpg

Türk Hava Yolları təyyarəsində kabin heyətinə hücum edildi: Təcili eniş etdilər

Baxış sayı: 963 dəfə baxılıb.

Türk Hava Yolları təyyarəsində kabin heyətinə hücum edildi: Təcili eniş etdilər

İstanbul-Sinqapur reysini həyata keçirən Türk Hava Yollarına (THY) məxsus
sərnişin təyyarəsində kabin heyətinə hücum edilib.

THY təyyarəsi Hindistanın Çennai hava limanına məcburi eniş edib.

THY-nin TK-54 nömrəli “Boeing 777-300 ER” təyyarəsi 345 sərnişinlə Sinqapura
uçmaq üçün İstanbul Hava Limanından qalxıb. Təyyarə Hindistan hava məkanına
çatdığı zaman sərxoş olduğu aşkarlanan sərnişinlərdən biri kabin heyəti ilə
mübahisə etməyə başlayıb.

O, heyətə hücum edib, sonra isə özünə xəsarət yetirməyə başlayıb. Təyyarənin
kapitan pilotu Çennai hava limanı ilə əlaqə saxlayıb və vəziyyətlə bağlı
məlumat verib. Polis qruplarından dəstək istəyib.

Nəticədə təyyarə Hindistanın Çennai hava limanına məcburi eniş edib. Təyyarədə
insident törədən sərxoş sərnişin isə nəzarətə götürülüb.

Mənbə: Haber Global

Source link