3570bdef-42a0-4e83-a31a-a48c72f3cab0..jpg

Türk lirəsinin ucuzlaşması azərbaycanlılara necə təsir edəcək? – AÇIQLAMA + VİDEO

Baxış sayı: 474 dəfə baxılıb.

Türk lirəsinin ucuzlaşması azərbaycanlılara necə təsir edəcək? – AÇIQLAMA +
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türk lirəsinin ucuzlaşması qısa müddət üçün Azərbaycan vətəndaşlarına xeyirli
olacaq”.

Xezerxeber.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Rəşad Həsənov
bildirib.

O qeyd edib ki, hazırda 1 türk lirəsi 6 qəpikdən də ucuzdur.

Ekspertin sözlərinə görə, lirənin ucuzlaşması hələ bir müddət də davam edəcək.

Rəşad Həsənov bildirib ki, lirənin ucuzlaşmasının Azərbaycan üçün qısa
müddətli xeyirləri var:

“Bu ucuzlaşma Türkiyəyə səyahət edənlər üçün ucuz gəzinti, fərdi istehlakçılar
üçün isə əlverişli alış şəraiti yaradır. Amma orta və uzunmüddətli perspektivdə
bunun mənfi təsirləri olacaq”.

Ekspert hesab edir ki, Azərbaycanın ticarət tərəfdaşının valyutasının dəyərdən
düşməsi həmin ölkədən bizə idxal olunan məhsulların qiymətinə təsir etmir:

“Bunun səbəbi isə bazarın kifayət qədər liberal olmamasıdır”.

Rəşad Həsənov bildirib ki, bu vəziyyətdə idxaldan fərqli olaraq hazırda
Azərbaycandan Türkiyəyə məhsul ixrac edənlər zərər görürlər:

“Çünki, Azərbaycan sabit məzənnə siyasəti həyata keçirir. Azərbaycandan
Türkiyəyə ixrac olunan məhsulların qardaş ölkədəki məhsullarla rəqabət aparmaq
imkanı da aşağı düşür”.

Ətraflı süjetdə:


Source link