Türk ordusu Afrinə girdi

Türk ordusu Afrinə girdi

Baxış sayı: 6. 921 dəfə baxılıb.

Türkiyə Silahlı Qüvvələri həftə sonu şəhər şəraitində ilk böyük əməliyyatlarına başlayacaqlar.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə məlumatı “Habertürk” yayıb.

Türk ordusunun “Zeytun budağı” əməliyyatı çərçivəsində Azad Suriya Ordusu ilə birlikdə Afrin ətrafında 420 kv. km-dan artıq ərazini nəzarətə götürdüyü bildirilir.

Hərbçilər iki strateji yaşayış məntəqəsi – Raco və Cinderesə yaxınlaşıblar.

Həftəsonu məhz bu iki şəhərdə nizami ordu birləşmələri, ordu xüsusi təyinatlıları, Türkiyə polis xüsusi təyinatlıları və jandarm qüvvələrinin iştirakı ilə böyük təmizləmə əməliyyatı başlayacaq.

Komandalığın hesablamalarına görə, Raco və Cinderesdə əməliyyat bir həftə davam edəcək.

Telekanalın məlumatına görə, şəhərlərin əhalisinin 80%-i artıq ərazini tərk edib. Buna görə qarşıdakı döyüşlərin hərbçiləri yubatmayacağı gözlənilir.

Bu yaşayış məntəqələri əməliyyatın başlıca məqsədi – Afrinin mühasirəsi və təmizlənməsi üçün mühüm əhəmiyyət kəsb edir.

www.ÇıxışYolu.Com